Nümunə test sualları
1. Heydər Əlirza oğlu Əliyevin doğum günü hansı gündür?
- 15 may 1923-cü il
- 26 iyul 1923-cü il
- 10 may 1923-cü il
- 12 avqust 1923-cü il
2. 1998-ci və 2003-cü illər Azərbaycan Respublikasının tarixi üçün səciyyəvidir:
- Bələdiyyə seçkilərinin keçirilməsi
- Heydər Əliyevin prezident seçilməsi
- İlham Əliyevin baş nazir seçilməsi
- Prezident seçkilərinin keçirilməsi
3. Dünyada ilk dəmir yolu neçənci ildə və hansı ölkədə istifadəyə verilmişdir?
- 1820-ci ildə, Almaniyada
- 1832-ci ildə, Fransada
- 1825-ci ildə, İngiltərədə
- 1835-ci ildə, Belçikada
1.
- 2
- 5
- 4
- 11
2. Şəhər -> kitabxana -> kitab -> ?
- Dəftər
- Vərəq
- Qələm
- Oxucu
3. 4 qələm və 3 dəftərin dəyəri 6 qələm və 2 dəftərin dəyərinə bərabərdir. 4 dəftərin dəyərinə neçə qələm almaq olar?
- 6
- 8
- 9
- 10
1. Qatar təyinat məntəqəsinə çatdıqdan sonra bələdçi nəzarət kuponlarını kimə təhvil verir?
- Qatar rəisinə
- Müxtəlif yığım kassasına
- Depo rəsinə
- Təyinat məntəqəsindəki sərnişin stansiyasına
2. Vaqon bələdçisi sərnişinlərin düşəcəyi stansiyaya çatmasına neçə dəqiqə qalmış bu barədə xəbərdar etməlidir?
- 30
- 20
- 5
- 10
3. Sərnişin qatarı yola düşən zaman sonuncu vaqonun bələdçisi qatarı necə müşayət etməlidir?
- Stansiyanın baş yoluna keçənədək qatarı müşayət etməlidir.
- Növbəti stansiyaya çatana qədər qatarı müşayət etməlidir.
- Stansiyanın çıxış siqnalını keçənədək qatarı müşayət etməlidir.
- Stansiyanın platformasının sonuna qədər qatarı müşayət etməlidir.
1. Yük vaqon parkında hansı növ vaqonlar sayca üstünlük təşkil edir?
- Sisternalar
- Üstü bağlı vaqonlar
- Yarım vaqonlar
- Platformalar
2. Bir uzun səsli siqnal verilərsə bu nə demekdir?
- Qatarın irəli hrərkət etməsi
- Yanğın həyəcanı
- Lokomotiv briqadası əyləc etməlidir
- Dayan
3. Hansı daşıma sənədi yüklə birgə yük qəbul edənə verilir?
- Yol cədvəli
- Yükün qəbulu haqqında qəbz
- Qaimə
- Yol cədvəlinin kötüyü
1. Kontakt asması hansı naqillərdən ibarətdir?
- Aparıcı tros və kontakt naqilindən
- Aparıcı trosdan
- Kontakt naqilindən
- Kontakt naqili və simlərdən
2. Kabel məmulatlarında izolyasiya üçün hansı materiallardan istifadə olunur?
- Ancaq kağız izolyasiyalı
- Ancaq metal izolyasiyalı
- Ancaq plastik izolyasiyalı
- Yuxarıda qeyd olunanların hər birindən
3. Relslərin hansı növləri mövcuddur?
- R45, R60 və R70
- R50, R65 və R75
- R43, R55 və R65
- R55, R65 və R75
1. Dəmir Yolları Əməkdaşlıq Təşkilatının yaranma tarixi və yeri aşagıdakılardan hansıdır?
- 1992 –ci il Ulan-Bator Monqolustan
- 1994-cü il Moskva Rusiya Federasiyası
- 1956-ci il Sofiya Bolqarıstan
- 1957-ci il Pekin Çin Xalq Respublikası
2. Dəmir Yolları Əməkdaşlıq Təşkilatının neçə üzvü var?
- 27
- 28
- 29
- 30
3. Birlik (MDB) üzvü olan dövlətlərin Dəmir Yolu Nəqliyyatı üzrə Şuranın tamhüquqlu üzvü aşagıdakılardan hansıdır?
- Bolqarıstan Dövlət dəmir yolları
- Finlyandiya dəmir yolları
- Gürcüstan dəmir yolu
- Türkmənistan dəmir yolu nəqliyyatı nazirliyi
1. Aşağıdakı fikirlərdən hansı Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüququna aid deyil:
- Mülkiyyət hüququ qanunla qorunur
- Xüsusi mülkiyyət növünə üstünlük verilir
- Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ekspeditor kimdir?
- Daşımanın təşəbbüsçüsü olan və daşıyıcı ilə müqavilə bağlayan şəxs
- Lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxs
- Üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs
- Başqa şəxslərə (qonaqlara) daldalanacaq verən şəxs
3. Normativ xarakterli aktlara aid deyil?
- Milli Televiziya və Radio Şurasının qərarları
- Azərbaycan Respublikası Milli Məclisinin qərarları
- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları
- yerli icra hakimiyyəti orqanlarının qərarları
1. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərdən doğru olmayanı seçin.
- Yaşayış yerindən arayış
- Şəxsiyyətini təsdiq edən sənəd
- Dövlət sosial sığorta şəhadətnaməsi
- Əmək kitabçası
2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam) nə vaxt verilir?
- Məzuniyyətin başlanmasına azı 3 gün qalmış
- Məzuniyyətin başlanmasına azı 5 gün qalmış
- Məzuniyyətin başlanmasına azı 7 gün qalmış
- Məzuniyyətin başladığı gün
3. İşəgötürənin təşəbbüsü ilə işçi nə qədər müddətə müvəqqəti olaraq başqa işə keçirilə bilər?
- 1 ay müddətinə
- 2 ay müddətinə
- 3 ay müddətinə
- İşçinin razılığı olmadan keçirilə bilməz