İLKİN SEÇİM
* Namizədlər elan edilmiş vakansiyalar haqqında daha geniş məlumat əldə etmək üçün “daha ətraflı” sözünün üzərinə sıxmaqla vakansiyanın təsviri formasına keçid alır.
* Vakansiyanın təsviri formasından namizədlər vakansiya ilə bağlı ətraflı məlumat əldə edə bilərlər.
* Namizədlərin müraciəti daxil olduqdan sonra müraciətdə qeyd olunan məlumatların elan edilmiş vakansiyanın tələblərinə (kvalifikasiya göstəricilərinə) uyğun olub-olmaması İnsan resursları idarəsi tərəfindən yoxlanılır.
* İlkin yoxlamanın nəticəsindən asılı olaraq müvafiq cavabın veriləcəyi barədə namizədin bildirdiyi elektron poçt ünvanına məlumat göndərilir.
* Namizədin müraciətində qeyd olunan məlumatlar İnsan resursları idarəsi tərəfindən onunla xidməti telefon və yaxud rəsmi elektron poçt vasitəsilə əlaqə saxlanılaraq dəqiqləşdirilə bilər.
* Namizəd müraciətində həqiqətə uyğun olmayan məlumatların qeyd edilməsi onun işə qəbul edilməsindən imtina edilməsi üçün əsasdır.
* Müraciətlərin təhlili mərhələsi vakansiya elanında qeyd edilən son müraciət tarixindən ən geci 5 iş günü müddətində başa çatdırılır.
* Vakansiya üzrə müraciətlərin təhlili tam yekunlaşdırıldıqdan sonra yalnız göstəriciləri kvalifikasiya tələblərinə uyğun olan namizədlərə elektron qaydada və telefon vasitəsilə zəng vurulmaqla növbəti mərhələ barəsində məlumat verilir.