Tez-tez soruşulan suallar
Bütün vakansiyalar www.career.ady.az vebsaytında əks olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-də daxili İşə Qəbul Qaydalarına uyğun olaraq, bütün namizədlər vakansiyalar üçün www.career.ady.az saytı vasitəsilə müraciət etməlidirlər.
Əgər sizin göstəriciləriniz vakansiyanın tələblərinə uyğundursa, həmin vəzifə üçün namizədliyiniz qəbul olunacaq və test imtahanına dəvət etmək üçün İşə qəbul şöbəsinin əməkdaşı sizinlə əlaqə saxlayacaqdır.
Namizəd tələblərinə uyğun gələn bir neçə vakansiya üzrə eyni zamanda müraciət edə bilər. Lakin müraciət etdiyi vakansiyalar üzrə müsabiqə vaxtı eyni tarixə və saata təyin edildikdə, bu halda o, yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.
“Azərbaycan Dəmir Yolları” QSC-də müsabiqə bir qayda olaraq, aşağıdakı formalarda həyata keçirilir.
Qulluqçu vəzifələri üzrə: test və müsahibədən ibarət müsabiqə.
Fəhlə peşələri üzrə: test və peşə imtahanından ibarət müsabiqə.
Test imtahanının nəticələri barədə bütün namizədlərə ən geci 3 iş günü ərzində telefonla zəng vurulmaqla və elektron məktub vasitəsilə məlumat verilir. Həmçinin uğur qazanan namizədlərə növbəti mərhələ - müsahibə və ya peşə imtahanının keçirildiyi vaxt və yer barədə bildiriş göndərilir.