Kadr ehtiyatı bazası
Müsabiqənin nəticələri üzrə keçid balını toplamış, lakin komplektləşdiriləcək vakansiya sayı keçid balını toplayan namizədlərin sayından çox olduğu üçün barələrində təyinat aparılmayan namizədlər xarici kadr ehtiyatı bazasına daxil edilərək 3 iş günü ərzində elektron məktub vasitəsilə məlumatlandırılır. Namizəd bu kateqoriya üzrə bazaya iddiasında olduğu vakant yer komplekləşdirildiyi tarixdən etibarən daxil edilir və ən çoxu 6 ay müddətinə bazada saxlanılır. Bu müddətdə Cəmiyyətdə eyni adlı və eyni növlü vakansiya yarandıqda həmin namizədə imtahandan və müsahibə, yaxud peşə imtahanından keçmədən işə qəbul edilməsi təklif edilə bilər. Təklifdə qeyd edilən müddət ərzində müvafiq cavab verilmədikdə namizədin adı bazadan çıxarılır və bu barədə İnsan resursları İdarəsi tərəfindən ona məlumat verilir.